"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne Belçika millisində 100-cü matçını keçirib.
"Unikal" xəbər verir ki, o, Monteneqro ilə yoldaşlıq görüşündə meydana çıxıb. Bu oyun 32 yaşlı yarımmüdafiəçinin milli karyerasında 100-cü olub.
Nəticədə De Brüyne Belçika millisində 100 oyun həddinə çatan 8-ci futbolçu olub. Əvvəllər bu göstəriciyə Eden Hazard, Romelu Lukaku və Tibo Kurtua kimi futbolçular çatıb.
Ümumilikdə, bu görüş daxil olmaqla, milli komandadakı karyerası ərzində Kevin De Bruyne 27 qol vurub və 49 qolun ötürməsini verib.