Portuqaliya təmsilçisi "Portu"nun yeni baş məşqçisi açıqlanıb.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "əjdahalar"ı qarşıdakı 2 il müddətində Vitor Bruno çalışdıracaq.

41 yaşlı mütəxəssis bu postda Serjiu Konseysaunu əvəzləyib.

Qeyd edək ki, V.Bruno 2017-2024-cü illərdə "Portu"da məşqçi kimi fəaliyyət göstərib.