Bu gün Daşkənddə şahmat üzrə "Masters" turniri start götürüb.
"Unikal" xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk görüşdə heç-heçəyə imza atıb.
10 şahmatçının iştirak etdiyi yarışın 1-ci turunda Məmmədyarov hindistanlı Vidiş Santoş Qujarati ilə qarşılaşıb. Tərəflər yarım xala razı olublar.
Açılış turunu qələbə ilə Aleksey Sarana və Nodirbek Abdusattorov lider mövqeyində qərarlaşıb.