Azərbaycanın dövlət büdcəsi son 20 il ərzində 13-cü dəfədir ki, dəyişdirilir.
"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Yenidən baxılma ilə büdcənin 17 maddəsindən 4-ü istisna olmaqla, digər gəlir mənbələrində dəyişiklik proqnozlaşdırılıb. Yenidən baxılan büdcədə neft-qz sektoru üzrə 2,4 milyard manat əlavə dəyərin formalaşması gözlənilir ki, bu da qiymət artımı ilə bağlıdır. İndiyə qədər qeyri-neft qaz sektorundan daxilolmalar üzrə proqnoz adekvat olmayıb, pik səviyyəni ötüb", - deyə o qeyd edib.