Azərbaycan yığmasının Albaniya ilə oyun üçün start heyəti açıqlanıb
Bu gün beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan və Albaniya yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Bayrami, Ramadani, Asani, Seferi, Broxa.

Qeyd edək ki, Macarıstandakı “Haladas SportKomplexum”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.