2023/2024 mövsümündə "Liverpul"un ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" sözügedən klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, Məhəmməd Salah bütün komanda yoldaşlarını qabaqlayıb.

Müdafiəçi Vircil Van Deyk ikinci, yarımüdafiəçi Aleksis Makallister üçüncüdür.

Qeyd edək ki, Salah son 7 ildə dördüncü dəfə klubunda mövsümün ən yaxşısı seçilib. Misirli futbolçu ötən mövsüm "qırmızılar"ın forması ilə çıxdığı 44 oyunda 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.