Ermənistan Taekvondo Federasiyasının Şirak bölgəsi üzrə rəhbəri Ara Xaçatryan qəza nəticəsində ölüb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, İrəvan-Gümrü-Vanadzor avtomobil yolunda "Mercedes" aşıb və tarlaya yuvarlandıqdan sonra yanğın başlayıb.

Qəza nəticəsində 49 yaşlı Ara Xaçatryan ölüb, avtomobildəki sərnişinlərdən biri orta dərəcəli bədən xəsarətləri alıb.