21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
"Unikal" xəbər verir ki, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin baş məşqçisi olduğu yığma 2:3 hesabı ilə məğlub olub.
Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.