Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə başlayıb.

"Unikal" xəbər verir ki, millimiz ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

***09:27

Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.