Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Priştina şəhərində təşkil olunan mərhələdə millimiz Kiprlə qarşılaşıb. Görüş komandamızın 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün keçirdiyi ilk görüşdə Ermənistana 21:9 hesabı ilə qalib gəlib.

Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.

***17:43

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma bu dəfə ev sahibi komanda ilə qarşılaşıb.

Görüş millimizin 14:10 hesablı qələbəsi ilə yekunlaşıb.