Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Fransanın Limoj şəhərində keçirilən Dünya Seriyasında uğurlu çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, idmançımız 50 metr məsafədə sərbəst üsulda finişə ikinci çataraq gümüş medal qazanıb.