Azərbaycan cüdoçuları 10-11 iyunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Kata çempionatında iştirak edəcək.

Bu barədə "Unikal"a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi ölkədən 306 idmançının iştirak edəcəyi yarışda Azərbaycan böyüklər arasımda 6 idmançı ilə təmsil olunacaq. Cüdoçular “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Kata çempionatının ilkin yarışları 10 iyunda başlayacaq, finallar isə 11 iyunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 12-14 iyunda Sarayevoda baş tutacaq Kodokan seminarında iştirak edəcək.

"Nage-no-Kata"

Malik Alahverdiyev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori

İbrahim Aslanov - uke

"Katame-no-Kata"

Rafiq Nəcəfov - tori

Əmrah Əhmədov – uke