Buryatiyada (Rusiya Federasiyası subyektlərindən biri. - red) 20 yaşlı oğlan tanış olduğu 19 yaşlı qızın adına kredit götürüb. Daha sonra o qızı amansızcasına qətlə yetirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsi məlumat yayıb.
Məlumata görə, faciə Ulan-Ude şəhərində baş verib. Gənc oğlan qızla tanış olub və onu gəzintiyə dəvət edib. Gəzinti zamanı o qızın telefonu ilə onlayn kredit üçün müraciət edib. Bundan sonra oğlan pulu özünə göndərib.
Dəhşətlisi budur ki, gənc oğlan qızı Puqaçov küçəsindəki tərk edilmiş qaraja aparıb, onun başına çox sayda daş vurub. Hadisə nəticəsində 19 yaşlı qız həyatını itirib. Bunu görən oğlan meyitin üstünə zibil atıb və telefonu götürərək ərazidən qaçıb.
Rus qonşu rayonda saxlanılıb. Ona qarşı cinayət işi açılıb.
Gülayə Mecid