Bakıda çantadan külli miqdarda pul oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iaşə obyektində bir nəfər şəxsin çantasından 3500 manat pulunu oğurlamaqda şübhəli bilinən İslam Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.