Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qaraçay-Çərkəzdə dövlət büdcəsindən 60 milyon rubl ( 1 152 000 AZN) oğurlayan yüksək vəzifəli məmurları və hüquq-mühafizə orqanlarının əməkdaşlarını saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, oğurlanan pullar respublikada kənd təsərrüfatının inkişafı üçün ayrılıbmış.
Məmurlarla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Müstəntiqlər şübhəli şəxslərdən onların qanunsuz fəaliyyətlərini göstərən maddi sübutlar aşkar edərək götürüblər.
Gülayə Mecid