"Bütün pay torpaqları kənddən, şəhərdən çox-çox uzaqda yerləşir. Bildiyimiz kimi, 90-cı illərdə pay torpaları verildikdən sonra insanların çoxu bu torpaqlarda ev tikib. Artıq uzun müddət keçib və insanları evlərindən də çıxarmaq olmur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat İqbal Məmmədov deyib. O təklif edib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı təyinatlı pay torpaqlarının inventarizasiyası keçirilsin.
"Kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çox vaxt təyinatı üzrə istifadə olunmur. Bu torpaqların təyinatının dəyişdirilməsi üçün bir qanun qəbul olunmalıdır”.
Anar Kəlbiyev