Təyyarə qəzası nəticəsində Malavinin vitse-prezidenti Saulos Çilima həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə adıçəkilən Afrika ölkəsinin hökuməti məlumat yayıb.
Xatırladaq ki, dünən vitse-prezident və daha 9 nəfərin olduğu təyyarənin radardan itdiyi barədə xəbərlər yayılmışdı. Bundan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Axtarış nəticəsində məlum olub ki, təyyarə qəzaya uğrayıb və göyərtəsində olanlardan heç biri sağ qalmayıb.
Ağarza Elçinoğlu