"Ermənistan tərəfinin mövqeləri dəyişməyib. regional infrastrukturların bloklanması ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, biz bu infrastrukturların tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipləri əsasında blokdan çıxarılmasını istəyirik".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan tərəfləri arasında ərazi bütövlüyünün tanınması haqqında saziş var: "Bu saziş 2022-ci ildə Praqada, daha sonra Soçidə, sonra Brüsseldə, daha sonra isə bu yaxınlarda baş nazirin müavinlərinin rəhbərliyi altında komissiyalarda müvafiq demarkasiyanın görüşləri zamanı qeydə alınmış saziş kontekstində qeydə alınıb. Əgər bütün bu müqavilələr Sülh Sazişində öz əksini tapsa, saziş çox tez imzalana bilər".
Ağarza Elçinoğlu