“Bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Şöbə müdiri bildirib ki, buna səbəb məcburetmənin sübuta yetirilə bilməməsidir: “Yetkinlik yaşına çatmayan özü ifadə verir ki, onu erkən nikaha məcburetmə olmayıb. Bu statistikada da özünü göstərir. Belə ki, 2023-cü ildə sözügedən faktla bağlı cəmi bir cinayət işi açılıb. Hesab edirəm ki, layihənin təkmilləşdirilməsi yaxşı olardı”.

Anar Kəlbiyev