Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo başçılıq edir. O, indiyədək çıxış etdiyi 5 qitə çempionatında 14 qola imza atıb.

İkinci sırada Fransa yığmasının əfsanəvi hücumçusu Mişel Platini (9 qol) qərarlaşıb. O, bu qolların hamısını 1984-cü ildə keçirilmiş Avropa çempionatında vurub. İlk “üçlüy”ü hərəyə 7 qolla danimarkalı Ole Madsen, fransalı Antuan Qrizmann, ingiltərəli Alan Şirer və Ueyn Runi tamamlayırlar.

Zlatan İbrahimoviç (İsveç), Ruud Van Nistelrooy, Patrik Klyuvert (hər ikisi Niderland), Viktor Ponedelnik (SSRİ), Alvaro Morata (İspaniya), Romelu Lukaku (Belçika), Tyerri Anri (Fransa) və Nunu Qomeş (Portuqaliya) isə 7-14-cü yerləri bölüşdürürlər. Onların hər birinin aktivində 6 qol var.

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.