Yayın buxarlı istisində sərinlənməyin ən yaxşı yollarından biri təravətləndirici təsiri olan qarpızdan istifadə etməkdir. Qarpızın təravətləndirici meyvə olmaqla yanaşı, həm də sağlamlıq üçün çoxlu faydaları var.

"Unikal" qarpızın sağlamlığımız üçün 6 faydasını təqdim edir:
 
1. Həzmi rahatlaşdırır 

Qarpız liflə çox zəngin olmasa da, yoğun bağırsaqda bəzi faydalı bakteriyaların böyüməsini təmin edən prebiyotikləri ehtiva edir. "International Journal of Molecular Sciences" jurnalında 2022-ci ildə nəşr olunan araşdırmaya görə, prebiyotiklər; Mineralların udulmasını artırır, qan şəkərini və insulin səviyyəsini yaxşılaşdırır və kolon xərçəngindən qoruya bilər.

2. Xroniki xəstəliklərə qarşı faydalı ola bilər

Qarpız likopenin ən yaxşı qaynaqlarından biridir. Likopen hüceyrələrə zərər verən mikrobların yaratdığı oksidləşdirici stresslə mübarizə apardığı bilinən bir antioksidantdır. Beləliklə, likopen ürək xəstəliyi, diabet, xərçəng və Alzheimer kimi xəstəliklərin riskini azaltmağa kömək edə bilər.

3. Çəki atmağınıza səbəb olur

Qarpız, işlənmiş şirin qəlyanaltı əvəzinə istehlak edildikdə çəki nəzarətinə kömək edə bilər. 

4. Bədəni su ilə təmin edir

Demək olar ki, tamamilə sudan ibarət olan qarpızın bədəni nəm saxlamaq, susuzluğu azaltmaq kimi müsbət təsirləri var.

5. Qan təzyiqinin azalmasına səbəb olur  

L-sitrulin qarpız qabığının ağ hissəsində olan təbii maddədir. L-sitrulin qan damarlarının rahatlamasına və qan dövranını yaxşılaşdırmağa kömək edərək arteriya funksiyasını yaxşılaşdıra və qan təzyiqini aşağı sala bilər.

6. Dərini qoruyur 

Qarpızın tərkibində olan A və C vitaminləri sağlam dərini dəstəkləmək qabiliyyətinə malikdir. Bundan əlavə, 2020-ci ildə Antioksidantlar jurnalında dərc edilən araşdırmaya görə, qarpızın tərkibindəki likopen də günəşin zərərindən qoruya bilər.

Gülayə Mecid