"Ermənistan Milli Assambleyasının iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülür, hətta masalardan su butulkaları da yığılıb".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Baş nazir Nikol Paşinyanın təhlükəsizlik işçiləri iclas başlamazdan əvvəl stulları yoxlayırlar. Jurnalistlərə isə iclas başlayanadək zala buraxılmayacaqları deyilib.
Məlumata görə, bu gün Ermənistan Milli Assambleyasında Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatı keçiriləcək.
Gülayə Mecid