Fransa millisinin hücumçusu Kilian Mbappe qarşıan gələn Avro-2024-dən danışıb.

"Unikal" "Bild"ə istinadən xəbər verir ki, futbolçu turnirin çox çətin keçəcəyini deyib: 

“Bizim çox güclü komandamız var, bunu hamı bilir. Bunu hər dəfə təkrarlamağa ehtiyac yoxdur. Biz Almaniyaya böyük ambisiyalarla gedirik. Son dünya çempionatının finalında məğlub olduq. Avro-2024 həm taktika baxımından, həm də oyunun intensivliyi baxımından çox çətin turnirdir. Bütün komandalar bir-birini praktiki olaraq əzbər tanıyır. Bu, işləri çox çətinləşdirir. Biz bunu artıq 2021-ci ildə yaşamışıq”.

Fransa yığması Avro-2024-ün D qrupunda Polşa, Niderland və Avstriya ilə mübarizə aparacaq.