Almaniya və Şotlandiya milliləri arasında keçirləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.
Ona Nikolas Danos və Benjamin Pages yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. Onun köməkçiləri Willy Delajod və italiyalı Massimiliano İrrati olacaq.
Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.