İspaniyanın “Real Madrid” komandasının yeni transferi Kilian Mbappe üçün keçirəcəyi təqdimat mərasiminin vaxtı açıqlanıb.

"Unikal" xəbər verir ki, 26 yaşlı fransalı hücumçu iyulun 16-da “kral klubu” azarkeşlərinin önünə çıxacaq.

Təqdimetmə mərasimi “Real Madrid”in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda olacaq.

Qeyd edək ki, Madrid təmsilçisi daha əvvəl K.Mbappe ilə 5 illik müqavilə imzalanacağını elan edib.