Hücummeyilli yarımmüdafiəçi Stiven Cerard Qaote Bolqarıstanın "Levski" klubundan Fransa "Renn"inə keçib. 

"Unikal" xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 16 yaşlı futbolçu "Renn"in gənclər komandasında çıxış edəcək. 

Xatırladaq ki, sözügedən klubub əsas komandası Fransa Liqa 1-ni onuncu yerdə başa vurub. Çempionatın qalibi PSJ olub. “Monako” turnir cədvəlini ikinci, “Brest” isə ilk "3-lük"də tamamlayıb.