ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı sual verən "Bloomberg" jurnalistə qəzəblənib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, Bayden Qəzza zolağında sülhün əldə olunması ilə bağlı ABŞ-Ukrayna təhlükəsizlik sazişinin imzalanması barədə danışarkən verilən suala görə hirslənib.
"Ukraynadakı kritik vəziyyət haqqında danışmaq üçün buradayam, siz məndən başqa bir şey soruşursunuz", - deyə Ağ Evin rəhbəri bildirib.
O, mövzuya qayıdacağını və daha sonra Fələstin anklavında tezliklə atəşkəsin əldə olunacağına əmin olmadığını, lakin buna ümid etdiyini bildirib.
Gülayə Mecid