Yevlaxda baş verən qəza zamanı xəsarət alanların adları açıqlanıb.

Unikal”ın məlumatına görə, iki “Toyota” markalı avtomobilin toqquşması nəticəsində Balakən rayon sakinləri 1959-cu il təvəllüdlü Mehriban Əhmədova, qızı 1991-ci il təvəllüdlü Şəhla Əhmədova, nəvələri 2019-cu il təvəllüdlü Elif Əhmədova, 2020-ci il təvəllüdlü Milana Əhmədova, həmçinin 1985-ci il təvəllüdlü Turanə Əhmədova, Bərdə rayon sakinləri Saleh Ağayev və Niyazi Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

XXX

13:01

Yevlaxda yol qəzası olub, yaralananlar var

"Unikal"ın məlumatına görə, hadisə Quşçu kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar var. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov