2024-cü ilin mayında Rusiya Avropaya qaz tədarükündə ABŞ-ni keçib.
"Unikal" xəbər verir ki, bu barədə Financial Times (FT) ICIS analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
"Baxmayaraq ki, geri dönüş xüsusi şəraitdən təsirlənsə də, bu, Avropanın Rusiya qazından asılılığını daha da azaltmağın çətinliyini vurğulayır",- məlumatda qeyd olunub.
Qeyd olunur ki, bəzi Şərqi Avropa ölkələri hələ də Rusiyadan qaz idxalından asılıdır.