Bu gün Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

"Unikal" xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin