Rusiyalı aktyor Leonid Qusarov müharibə zonasında həlak olub.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu  barədə Jukovski adına 1 saylı Uşaq İncəsənət Məktəbi məlumat yayıb.

Leonid Qusarov Anqarskda anadan olub, İrkutsk Teatr Məktəbini bitirib. O, "Sonuncu polis" serialında, "Mübahisələr" qorxu filmində və Andrey Konçalovskinin "Əziz yoldaşlar" dramında rol alıb.