Türkiyənin Adana şəhərində qan donduran hadisə baş verib.

"Unikal" xəbər verir ki, naməlum səbəbdən mübahisə edən şəxs arvadını, qayınatasını, qayınanasını və 18 yaşlı qaynını tapança ilə vuraraq öldürüb. Şübhəli törətdiyi qətllərdən sonra körpəsini evdən götürərək yoxa çıxıb.

Məlumata görə,  hadisəni törədən N.S  20 yaşlı həyat yoldaşı Şükran A. ilə  boşanma prosesində imiş. Polis qətli törədən şəxsin axtarışlarına başlayıb.