Yevlaxda yol qırağında huşsuz vəziyyətdə və çoxsaylı xəsarətlər almış yaralı şəxs aşkar edilib.

"Unikal"ın məlumatına görə, 1986-cı il təvəllüdlü Vahabov Nicat İbrahim oğlu rayon ərazisində ağır vəziyyətdə aşkar edilərək təcili xəstəxanaya çatdırılıb.

Çənəsi qırılmış, çoxsaylı bədən xəsarətləri almış şəxsin hansı səbəbdən bu vəziyyətə düşdüyü hələ ki məlum deyil.

Vəziyyəti ağlr olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov