Ukrayna Silahlı Qüvvələrinin Sevastopol şəhərinə ATACMS kasetli ballistik raketləri atması nəticəsində həlak olan azyaşlılar arasında Maqadan merinin müavini Oleq Averyanovun 9 yaşlı qızı da var.
"Unikal" xəbər verir ki, bu barədə Maqadan meri Yuri Qrişan məlumat verib.
Hücum zamanı azyaşlının valideynləri ilə birlikdə şəhər çimərliyində dincəldiyi qeyd olunub.
“Qız valideynləri ilə birlikdə çimərlikdə tətildə idi. Oleq Vladimiroviçə, onun həyat yoldaşına, qızın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Uşağı itirməyin acısını sözlər ifadə edə bilməz”, - deyə Qrişan yazıb.
Qeyd edək ki, raket zərbələri nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb, 124 dinc sakin yaralanıb.