Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

Ölənlərdən 6-sı hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.

Hücum edənlərin sayı məlum deyil.

Hazırda da silahlı toqquşmalar davam edir. 

*** 20:52

Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.

Silahlı hücum zamanı yaralıların sayı 23 nəfərə çatıb.

Hüquq-mühafizə orqanları cinayətkarların axtarışı və tutulması üçün tədbirlər həyata keçirir.

*** 20:12

Dağıstanda kilsə və sinaqoqa, polis bölməsinə silahlı basqın olub. 

"Unikal" xəbər verir ki, Mahaçqaladakı sinaqoq və kilsəni yandıran naməlum şəxslər polisi də atəşə tutub.

Nəticədə 1 polis əməkdaşı ölüb, bir neçə nəfər yaralanıb.

Ölənlər barədə məlumat hələlik yoxdur.