ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya diplomatik xidməti məlumat yayıb.

Səfirin Sevastopoldakı terror aktı ilə əlaqədar demarş edildiyi üçün çağırıldığı deyilir. 

XİN Rusiyaya qarşı hibrid müharibə aparan ABŞ-nin Ukrayna silahlı qüvvələrini ən müasir silahlarla, o cümlədən ATACMS raketləri, kasetli döyüş başlıqları ilə təchiz etməklə faktiki olaraq münaqişənin tərəfinə çevrildiyini vurğulayıb: "Səfirə bildirilib ki, Vaşinqtonun Ukraynanın nasistyönlü hakimiyyətini həvəsləndirməyə yönəlmiş bu cür hərəkətləri cəzasız qalmayacaq". 

Ağarza Elçinoğlu