Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Onlar Ukraynanın enerji infrastrukturuna hücumlar və mülki əhaliyə zərər vurmaqda ittiham olunurlar. 

Xüsusilə, söhbət 2022-ci ilin oktyabr-mart ayları arasında baş verən hadisələrdən gedir.

Rəsmi Moskva məhkəmənin bu qərarına hələ ki, cavab verməyib.

Ağarza Elçinoğlu