Bu gün Oxu.Az xəbər saytı 11 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.
Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
"Unikal" "Oxu.Az"da çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!