Azərbaycanda tədrisə yararsız məktəblərin sayı 900-dən 600-ə enib.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə bu say daha da azaldılacaq: "Bütün halarda bu gün ölkədə təhsilə əlçatanlıqla bağlı ciddi problem yoxdur. Təxminən 80 % məktəb ya təmir olunub, ya da tikilib".