Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək cavab oyununun vaxtı açıqlanıb.

"Unikal" Hayfa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun isə iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.