Dortmund "Borussiya"sı heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "arılar" "Ştutqart"ın 27 yaşlı müdafiəçisi Valdemar Antonu rənglərinə bağlayıblar.
Almania millisinin də üzvü olan Anton müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, sözügedən oyunçu yığmanın sıralarında AÇ-2024-də mübarizə aparıb. O, qitə birinciliyinin iki oyununda forma şansı qazanıb. Almaniya 1/4 finalda İspaniyaya uduzaraq (1:2) mübarizəni dayandırıb.