Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, 1/2 finalda İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Münhen şəhərində yerləşən “Alyants Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu iyulun 10-da Niderland və İngiltərə yığmaları arasında olacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.