“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təşkil olunacaq görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın referisi Viktor Kopitevski olacaq. Ona yan xətt hakimləri Semyon Şlonçak və Vladimir Visotsko kömək edəcəklər. Dmitri Pançişin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Cavab oyunu iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.