Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir sınaq matçına çıxacaq. Həmin qarşılaşmada isə rəqib Çexiyanın "Viktoriya" (Plzen) komandası olacaq.