Futbol üzrə Uels millisinin yeni baş məşqçisi bəlli olub.
"Unikal" xəbər verir ki, məlumatı Uels Futbol Assosiasiyası yayıb.
"Əjdahalar"a 48 yaşlı Kreyq Bellaminin rəhbərlik edəcəyi bildirilib. Rob Peyci əvəzləyən Bellami müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, sözügedən mütəxəssis 1998-2013-cü illər aralığında Uels seçməsinin uğurları üçün çalışıb.