Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.
"Unikal" xəbər verir ki, finala sonuncu vəsiqə uğrunda Niderland və İngiltərə yığmaları üz-üzə gələcəklər. Dortmund şəhərində yerləşən "Siqnal İduna Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edəcək.
Qeyd edək ki, turnirin ilk finalçısı Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi olub.