Fransa prezidenti Emmanuel Makron millinin AVRO-2024-ün yarımfinalında İspaniyaya uduzmasına (1:2) münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Onlar bu avronun yarımfinalına çıxdılar və matçın son saniyələrinə qədər bizi inandırdılar. Təşəkkürlər, komanda. İspan dostlarımızı təbrik edirik", - Makron sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Fransa yığması yarımfinalda İspaniyaya 1:2 hesabı ilə uduzaraq növbəti yarışlardan kənarda qalıb.
Ağarza Elçinoğlu