BRİKS gələcəkdə institusionallaşmış parlament strukturu ala bilər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin BRİKS Parlament Forumunun iştirakçıları qarşısında çıxışı zamanı deyib.
"BRIKS-in hələ ki, özünün institusional parlament strukturu yoxdur. Ancaq inanıram ki, gələcəkdə bu ideya mütləq həyata keçiriləcək. Və sizin forumunuz, əminəm ki, buna öz töhfəsini verəcək", - deyə Rusiya lideri qeyd edib.
Ağarza Elçinoğlu