Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Assosiasiyanın X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir: "Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİKS ilə əməkdaşlığa da aiddir. Azərbaycan artıq BRİKS-ə qoşulmaq arzusunu ifadə edib".
Sahibə Qafarova qeyd edib ki, BRİKS ikili standartlar platformasına çevrilməməsi üçün ölkələrin nümayəndələri körpülər qurmalı və qarşıdurma ilə mübarizə aparmalıdırlar.
Ağarza Elçinoğlu