Moskvanın Qaqarinski Məhkəməsi ictimai xadim Leonid Qozmanı Rusiya ordusu haqqında bilərəkdən yalan məlumat yaydığına görə qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə Qozmanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi (siyasi nifrət əsasında Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında bilə-bilə yalan məlumat yayma) ilə təqsirli bilib və qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib”, - deyə mətbuat xidmətindən bildirilib. Həmçinin ona dörd il ərzində internet resurslarını idarə etmək qadağan olunub.
Qeyd edək ki, Qozman Rusiyadan kənardadır, ona görə də qiyabi mühakimə olunur. Cinayət təqibi üçün əsas onun sosial şəbəkədə və teleqram kanalında Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatlar yerləşdirməsi olub.